"Rusiya əlyehinə yeni sanksiyalar paketi təklif edilib" - Bild nəşri
25 Yanvar 2022
Oxunub:574
ABŞ-da Rusiya Federasiyasına qarşı yeni sanksiyalar paketi təklif edilib. AzVision.az xəbər verir ki, bu barədə "BILD" nəşri məlumat yayıb.
Qeyd edilir ki, yeni sanksiyalar xammal və silahların ixracına qoyulan məhdudiyyətlərə aid olacaq. Həmçinin diplomatik təmasların azaldılması da nəzərdə tutulur. Nəşrin yazmasına görə vəziyyət gərginləşərsə belə bir tədbir görüləcək.