Sarkisyan istefa ərizəsini xaricdən yazıb

   Sarkisyan istefa ərizəsini xaricdən yazıb
  25 Yanvar 2022    Oxunub:1034
Ermənistan prezidenti Armen Sarkisyan istefa ərizəsini xaricdən yazıb. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Saytlardan birinin yazılı sorğusuna cavab olaraq prezident aparatından məlumat verilib ki, o,vəzifədən imtina ilə bağlı sənədi ölkədən kənarda hazırlayıb.

Milli Təhlükəsizlik Xidməti Sarkisyanla bağlı araşdırmalara başladı
Prezident aparatı Sarkisyanın xaricdə ərizə yazmasını onun tibbi müayinəsinin dayandırılmasının mümkünsüzlüyü ilə izah edib.

- Prezident məzuniyyətdədir və o məzuniyyətini Ermənistandan kənarda keçirir. Xaricdə tibbi müayinədən keçməsi isə onun illər öncə ağır xəstəliyə düçar olması və bundan sonra bu xəstəliklə məşğul olan bir qrup professional həkimin daimi nəzarətində saxlaması ilə bağlıdır, - deyə prezident administrasiyası qeyd edib.

Xatırladaq ki, yanvarın 23-də Ermənistan prezidenti Armen Sarkisyan istefa verib. Sarkisyan qeyd edib ki, onun qərarı heç də emosional olmayıb və müəyyən məntiqdən irəli gəlir. Onun sözlərinə görə, prezidentin hazırda xarici və daxili proseslərə təsir etmək üçün müəyyən səlahiyyətləri və imkanları yoxdur. Konstitusiya ona potensialından sistemli daxili və xarici siyasət problemlərini həll etmək üçün istifadə etməyə imkan vermir. Prezidentin sözlərinə görə, ona xarici siyasətə, iqtisadi siyasətə, diasporla münasibətlərə təsir mexanizmlərinin yaradılacağı ilə bağlı vədlər verilsə də bu baş tutmayıb.

"Mənim prezident kimi ölkənin daxili və ya xarici siyasətinə təsir göstərmək üçün heç bir imkanım yoxdur. Ölkə formaca prezident respublikasıdır, amma məzmunca yox", - o deyib.

Qeyd edək ki, Armen Sarkisyan 2018-ci ildə Ermənistan prezidenti seçilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Ərizə   Prezident   Xəstəlik   İstefa  





Xəbər lenti