Milli Təhlükəsizlik Xidməti Sarkisyanla bağlı araşdırmalara başladı

   Milli Təhlükəsizlik Xidməti    Sarkisyanla    bağlı araşdırmalara başladı
  25 Yanvar 2022    Oxunub:1277
Ermənistan Milli Təhlükəsizlik Xidməti Armen Sarkisyanın prezident seçilməzdən əvvəl Karib hövzəsinin Sent Kits və Nevis vətəndaşlığına malik olub-olmadığını yoxlayacaq. AzVision.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.
Yerli saytar yazır ki, hələ 2021-ci ilin aprelində Sarkisyanın xarici vətəndaşlığının olub-olmaması ilə bağlı araşdırma işi qaldırılmışdı. Baş Prokurorluq MTX-yə bu iş çərçivəsində “Hetq”in nəşrinin xarici vətəndaşlıqla bağlı yaydığı məlumatı yoxlamağı təklif edib.

Sarkisyan qayıda bilər: Paşinyanın komandası namizəd axtarışına çıxıb
Qeyd edək ki, dünən "Hetq.am" saytı Sarkisyanın prezident seçilənə qədər Karibin kiçik Sent Kits və Nevis ştatının vətəndaşlığına malik olması barədə məlumat yayıb. Bu səbəbdən də onun prezident seçilmək hüququ olmayıb. Konstitusiyaya görə, altı il Ermənistan vətəndaşı olan şəxs prezident seçilə bilər.

Xatırladaq ki, yanvarın 23-də Ermənistan prezidenti Armen Sarkisyan istefa verdi. Sarkisyan qeyd edib ki, onun qərarı heç də emosional olmayıb və müəyyən məntiqdən irəli gəlir. Onun sözlərinə görə, prezidentin hazırda xarici və daxili proseslərə təsir etmək üçün müəyyən səlahiyyətləri və imkanları yoxdur. Konstitusiya ona potensialından sistemli daxili və xarici siyasət problemlərini həll etmək üçün istifadə etməyə imkan vermir. Prezidentin sözlərinə görə, ona xarici siyasətə, iqtisadi siyasətə, diasporla münasibətlərə təsir mexanizmlərinin yaradılacağı ilə bağlı vədlər verilsə də bu baş tutmayıb.

"Mənim prezident kimi ölkənin daxili və ya xarici siyasətinə təsir göstərmək üçün heç bir imkanım yoxdur. Ölkə formaca prezident respublikasıdır, amma məzmunca yox", - o deyib.

Qeyd edək ki, Armen Sarkisyan 2018-ci ildə Ermənistan prezidenti seçilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Prezident  





Xəbər lenti