İrəvanda rəzalət: Baş prokuror vətəndaşlıq üçün Rusiyaya müraciət edib

İrəvanda rəzalət:   Baş prokuror vətəndaşlıq üçün Rusiyaya müraciət edib
  24 Yanvar 2022    Oxunub:2516
Bu gün Ermənistan mediası Baş prokuror Artur Davtyanın istefaya hazırlaşması barədə məlumat yayıb. Bildirilib ki, səlahiyyət müddəti sentyabrda bitməli olan Baş prokurora artıq əvəzləyici axtarılır. AzVision.az xəbər verir ki, ölkənin tanınmış nəşrlərindən olan "Joğovurd" isə Baş prokurorun Rusiyaya vətəndaşlıq üçün müraciət etdiyini yazıb.
Qedy edilir ki, o, çox güman qanunla müəyyən edilmiş müddət bitənə qədər vəzifəsində qalmayacaq. Yəni, bu ilin sentyabrına qədər baş prokuror Rusiyada peyda ola bilər. Nəşr iddia edir ki, Davtyan artıq rus pasportu almaq üçün müraciət ünvanlayıb.
Ermənisayağı istefa: Sarkisyan ölkəni niyə başsız qoydu?

- Davtyanın Rusiya Federasiyasına vətəndaşlıq üçün müraciət etməsi barədə məlumat almışıq,- Qəzet yazır.

- Bu inanılmaz səsləndiyi üçün əməkdaşımız Baş prokurora iki məqama dair açıq şəkildə müraciət ünvanladı: 1) Ermənistan Baş prokuroru Rusiya vətəndaşlığının alınması ilə bağlı Rusiya Federasiyası Hökumətinə müraciət edibmi? 2) O, Rusiyanın dövlət qurumları ilə əlaqə saxladıqdan sonra cavab nə olub?
Amma hələ ki, suallarımıza cavab almamışıq. Bilmirik ki, onun ərizəsi rədd edilib, ya əksinə, istəyi təmin olunub. Əldə etdiyimiz digər məlumatlara görə, Artur Davtyan Ermənistanda qalmaq niyyətindədir.

Onu da öyrəndik ki, Artur Davtyan Ermənistanın baş naziri Nikol Paşinyanla söhbətlərinin birində ona İrəvan Dövlət Universitetinin hüquq fakültəsinin dekanı təyin etməyi təklif edib.

Prokurorluqdan da baş prokurorun taleyi ilə bağlı hansı qərarın verildiyini öyrənməyə çalışdıq. Dövlət qurumundan sorğumuza cavab olaraq bildirdilər ki, onlarda suala “şərh veriləcək heç bir məlumat yoxdur. Informasiyanın isə reallıqla heç bir əlaqəsi yoxdur və ümumiyyətlə, belə bir söhbət də olmayıb". Necə deyərlər, yaşayarıq görərik!"

Qeyd edək ki, Ermənistanda istefalar artıq adi hal alıb. Dünən prezident Armen Sarkisyanın istefası verdi. Sarkisyan qeyd edib ki, onun qərarı heç də emosional olmayıb və müəyyən məntiqdən irəli gəlir. "Mənim prezident kimi ölkənin daxili və ya xarici siyasətinə təsir göstərmək üçün heç bir imkanım yoxdur. Ölkə formaca prezident respublikasıdır, amma məzmunca yox", - o deyib.

Tural Tağıyev
AzVision.az


Teqlər:   Ermənistan   Rusiya   Pasport   Müraciət  





Xəbər lenti