İranda uşaqların koronovirus əleyhinə peyvənd edilməsinə icazə verilib

İranda uşaqların koronovirus əleyhinə peyvənd edilməsinə icazə verilib
  22 Yanvar 2022    Oxunub:825
İran Səhiyyə Nazirliyi 9-12 yaşlı uşaqlara koronovirus əleyhinə peyvənd vurulmasına icazə verib.
AzVision.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə İran dövlət televiziyasında çıxışı zamanı Tehran valisi Möhsün Mənsuri məlumat verib. O, peyvəndin dozasının Səhiyyə Nazirliyi və Koronavirusla Milli Mübarizə Şurası tərəfindən açıqlanacağını ifadə edib. Peyvəndləmə könüllü olacaq və valideyinlərin icazəsi əsasında aparılacaq.

Qeyd edək ki, İranda Sinofarm, Sputnik V və AstraZeneka ilə bərabər yerli istehsal olan COVIRAN Bərəkət peyvəndi də istifadə edilir.

AzVision.az



Teqlər: İran   Korona  





Xəbər lenti