"Hər an müharibə başlaya bilər" - Poroşenko

"Hər an müharibə başlaya bilər" -    Poroşenko
  22 Yanvar 2022    Oxunub:1384
Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko Kiyevlə Moskva arasında artan gərginliyə münasibət bildirib. AzVision.az xəbər verir ki, o, Rusiyanın Ukrayna ilə genişmiqyaslı müharibə aparmaq üçün hər cür imkanının olduğunu deyib.
- Hər an Ukrayna ilə Rusiya arasında müharibə başlaya bilər. Rusiya-Ukrayna sərhədindəki gərginliyi nəzərə alsaq, belə bir münaqişə hər an alovlana bilər. Rusiya Silahlı Qüvvələri Ukrayna ərazisinə kütləvi raket zərbələri endirəcək.

Niderlanddan Kiyevə dəstək: "F-35" qırıcıları göndərilir
Poroşenkonun fikrincə əgər hərbi əməliyyatlar başlasa, o zaman Ukrayna qoşunları Rusiyadan güclü raket hücumu gözləməlidir. Belə zərbələrin endirilməsində Rusiya Hərbi Dəniz Qüvvələrinin Xəzər flotiliyasının gəmiləri və “İsgəndər” raket kompleksləri də iştirak edəcək.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya   Müharibə  





Xəbər lenti