Ərəb dənizində 30-dan çox balıqçı itib

Ərəb dənizində 30-dan çox balıqçı itib
  22 Yanvar 2022    Oxunub:710
Pakistanın Sind əyaləti sahillərində - Ərəb dənizində yanvarın 22-də iki qayığın aşması nəticəsində 30-dan çox balıqçı itkin düşüb.
AzVision.az “Sinxua”ya istinadən xəbər verir ki, bu barədə polis məlumat verib. Bildirilib ki, qayıqlarda 35-dən çox balıqçı olub. Onlardan 5-i xilas olunub. Pakistan Hərbi Dəniz Qüvvələri və könüllülər itkin düşənlərin axtarışını davam etdirirlər.

Yerli hakimiyyət nümayəndəsi hadisəyə səbəb olaraq güclü küləyi və qayıqların həddən artıq yüklənməsini göstərib.

AzVision.az



Teqlər: Pakistan  





Xəbər lenti