Hikmət Hacıyev Malayziya XİN başçısının müavini ilə görüşüb

   Hikmət Hacıyev Malayziya XİN başçısının müavini ilə görüşüb
  21 Yanvar 2022    Oxunub:835
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkəmizdə səfərdə Malayziyanın xarici işlər nazirinin müavini Kamarudin Caffar ilə görüşüb.
AzVision.az xəbər verir ki, bu barədə H.Hacıyev tvitterdə yazıb.

“Malayziyanın xarici işlər nazirinin müavini ilə səmərəli görüşümüz oldu. Biz ikitərəfli əlaqələri, İslam Əməkdaşlığı Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlığımızı müzakirə etdik", - Prezidentin köməkçisi qeyd edib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər:





Xəbər lenti