"Ərdoğanın Moskva-Kiyev danışıqlarına dair təklifi hələ müzakirə olunmayıb"
Eyni zamanda, Peskov qeyd edib ki, Moskva Ukraynadakı vəziyyətin nizamlanmasına yönəlmiş istənilən səyi alqışlayır. "Əsasən Ankaradan verilən bəyanatları eşidirik. Bir daha təkrar edirəm, Ukraynadakı vəziyyətin nizamlanması üçün istənilən cəhdi alqışlamaq olar".
Onun sözlərinə görə, hazırda Vladimir Putinin planında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla hər hansı təmas planı yoxdur.
Xatırladaq ki, bundan əvvəl Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan prezidentlər Vladimir Putini və Volodimir Zelenskini danışıqlar üçün Ankaraya dəvət edib.
Pərvanə Sultanova
AzVision.az
Teqlər: Peskov