"Azərbaycanı dəstəkləyirik" - Britaniya səfiri

   "Azərbaycanı dəstəkləyirik" -    Britaniya səfiri
  21 Yanvar 2022    Oxunub:553
Böyük Britaniya Azərbaycanın ATƏT-in Təhlükəsizlik və Əməkdaşlıq Forumuna sədrliyini müsbət qarşılayır.
AzVision.az xəbər verir ki, bu barədə Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp tvitterdə yazıb.

"Təbriklər! Biz silahlara nəzarət və Qadınlar Sülh və Təhlükəsizlik üzrə Azərbaycanın prioritetlərini dəstəkləyirik. Azərbaycanın WPS üzrə Fəaliyyət Planını həyata keçirməyini səbirsizliklə gözləyirik. Böyük Britaniya Azərbaycanın öz sədrliyini müvəffəqiyyətlə yerinə yetirməsi üçün onunla işləməyə hazırdır", - diplomat qeyd edib.

Xatırladaq ki, Azərbaycan ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunda (TƏF)
sədrliyə başlayıb.

Pərvanə Sultanova
AzVision.az

Teqlər: Britaniya   Səfir  







Xəbər lenti