"Leninin dəfni müharibəyə çağırışdır" - Rusiya kommunistləri

"Leninin dəfni müharibəyə çağırışdır" -  Rusiya kommunistləri
  21 Yanvar 2022    Oxunub:508
“Vladimir Leninin dəfni ilə bağlı təkliflər açıq şəkildə vətəndaş müharibəsinə çağırışdır. “Rusiya kommunist”ləri bu cür bəyanatların qəti əleyhinədir”.
AzVision.az xəbər verir ki, bunu Rusiya Kommunist Partiyası Mərkəzi Komitəsi sədrinin birinci müavini Yaroslav Sidorov deyib.

“Biz bu cür şəxslərin təşəbbüslərini vətəndaş müharibəsinə açıq çağırış kimi qiymətləndiririk”, - o bildirib.

Xatırladaq ki, Moskva Şəhər Dumasının deputatı, “Yabloko” partiyasının federal siyasi komitəsinin üzvü Sergey Mitroxin bir müddət əvvəl Vladimir Lenini dəfn etməyin vaxtının çatdığını söyləyib. Mitroxinin fikrincə, Lenin ölkə üçün çox pislik edib və hakimiyyətin qəsb edilməsinin simvoludur.

Pərvanə Sultanova
AzVision.az

Teqlər: Lenin  







Xəbər lenti