Britaniya Ukraynaya tank əleyhinə silahlar göndərib

Britaniya Ukraynaya tank əleyhinə silahlar göndərib
  21 Yanvar 2022    Oxunub:623
Britaniya hökuməti Ukraynaya 30-a yaxın əsgər və tank əleyhinə 2 min silah göndərib.
AzVision.az xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.

"30-a yaxın elit britaniyalı hərbçidən ibarət qrup Ukrayna silahlı qüvvələrinə Böyük Britaniyanın hədiyyə etdiyi tank əleyhinə yeni silahlardan istifadə etməyi öyrətmək üçün bu ölkəyə gəlib", - açıqlamada deyilir.

Bundan əvvəl Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Böyük Britaniyanın Ukraynaya silah göndərdiyini bildirib.

Pərvanə Sultanova
AzVision.az





Teqlər: Ukrayna   Silah  





Xəbər lenti