Prezident onları nazir müavini təyin etdi

  Prezident onları nazir müavini təyin etdi
  29 Noyabr 2021    Oxunub:1528
Azərbaycanın gənclər və idman nazirinin iki müavini vəzifəsindən azad olunublar.
Nazirliyin mətbuat xidmətindən AzVision.az - a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 noyabr 2021-ci il tarixli Sərəncamları ilə İntiqam Vaqif oğlu Babayev və İsmayıl Sultan oğlu İsmayılov Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini vəzifəsindən azad ediliblər.

Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2021-ci il tarixli, digər Sərəncamları ilə İndira Niyazi qızı Hacıyeva və Mariana Toteva Vasileva Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini vəzifələrinə təyin ediliblər.

AzVision.az


Teqlər: Nazirlik  





Xəbər lenti