Son sutkada 1 662 nəfər koronavirusa yoluxub, 18 nəfər vəfat edib

   Son sutkada 1 662 nəfər koronavirusa yoluxub,    18 nəfər vəfat edib
  28 Noyabr 2021    Oxunub:835
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 622 yeni yoluxma faktı qeydə alınıb, 2 391 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzVision.az -a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 18 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 585 783 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 551 724 nəfər müalicə olunaraq sağalıb, 7 807 nəfər vəfat edib. 26 252 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 369, bu günə qədər isə ümumilikdə 5 521 070 test icra olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti