Füzulidə 2 hərbçi minaya düşdü

      Füzulidə 2 hərbçi minaya düşdü
  28 Noyabr 2021    Oxunub:876
Füzuli rayonunda Daxili Qoşunların iki hərbçisi minaya düşüb.


DİN Mətbuat xidmətindən AzVision.az - a verilən məlumata görə, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Füzuli rayonunda yerləşən N saylı hərbi hissəsinin müddətdən artıq xidmət edən hərbi qulluqçuları minaya düşüb.
İki hərbçi rayonun Şükürbəyli kəndində piyada əleyhinə minaya düşüblər. Onlar müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hazırda həkim nəzarəti altındadırlar. Faktla bağlı araşdırma aparılır.

AzVision.az




Teqlər: Mina   Füzuli  





Xəbər lenti