“I kurs tələbələrinə təhsil kerditi hansı hallarda verilə bilər?

  “I kurs tələbələrinə təhsil kerditi hansı hallarda verilə bilər?
  25 Noyabr 2021    Oxunub:1033
“I kursda oxuyacaq tələbələrə kreditlər qəbul imtahanı zamanı topladıqları bala əsasən veriləcək. Belə ki, bakalavr pilləsi üzrə 300 baldan yuxarı toplayan tələbələrə, magistratura üzrə 5-110 bal, subbakalavr üzrə isə 110-300 bal arası toplayan tələbələr kredit üçün müraciət edə bilərlər”.
AzVision.az xəbər verir ki, bunu təhsil nazirinin müavini İdris İsayev deyib. O bildirib ki, həmin tələbələr illik təhsil haqqının 20 faizini ödəniş etməlidirlər:

“Ən aşağı təhsil haqqı regionlarda, ən yüksək təhsil haqqı ADA universitetindədir. Təhsil kreditlərinin ən yüksək həddi hər il tələbə qəbulu zamanı təsdiq olunan təhsil haqqı məbləği qədər olacaq. Burada hər hansı məhdudiyyət nəzərdə tutulmayıb. Yəni ən yüksək təhsil haqqına görə kreditlərin ayrılması üçün tələbələr müraciət edə bilər”.

Aytən Zəhra
AzVision.az


Teqlər: Təhsil   kredit  





Xəbər lenti