Fuad Axundov: "Ermənilər 850 binanı dağıdıb İrəvanın simasını dəyişiblər"

      Fuad Axundov:   "Ermənilər 850 binanı dağıdıb İrəvanın simasını dəyişiblər"
  24 Noyabr 2021    Oxunub:2017
"Ermənistan dünyada yeganə ölkədir ki, İrəvanın tamamilə memarlıq simasını dəyişib. İrəvan qalasının izi silinib. Orada yalnız Göy məscid qalıb. Ermənistanda 850 bina dağıdılıb. Onlar car çəkir ki, İrəvan qədim şəhərdir, amma tarixi yerlə bir ediblər. 2000 toponimi tamamilə dəyişdiriblər".
AzVision.az xəbər verir ki, bunu Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin Siyasi araşdırmalar və analitik təhlil sektorunun müdiri Fuad Axundov "Böyük Qayıdış: Mədəniyyətin dirçəlişi" konfransında çıxışı zamanı deyib. O bildirib ki, ermənilərin törətdikləri dünyada görülməyən vəhşiklərdir:

"Onlar Azərbaycan mədəniyyətinin bütün izlərini silmək istəyirlər. Dağıntıların şəkillərini çəkmək və saxlamaq lazımdır. Çünki orada bərpa işləri aparılacaq və dağıntılar qalmayacaq".

Aytən Zəhra
AzVision.az



Teqlər: İrəvan  





Xəbər lenti