"Qarabağın ümumi planı başa çatmaq üzrədir" - Anar Quliyev

 "Qarabağın ümumi planı başa çatmaq üzrədir" -  Anar Quliyev
  24 Noyabr 2021    Oxunub:1665
"İşğaldan azad edilən ərazilərin ümumi planı hazırlanır və başa çatmaq üzrədir".
AzVision.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev "Böyük Qayıdış: Mədəniyyətin dirçəlişi" konfransında çıxışı zamanı deyib. O bildirib ki, Ağdam, Füzuli, Cəbrayıl və Şuşanın baş planın hazırlanması davam edir.

"Zəngilan, Kəlbəcər, Qubadlı və sonrakı mərhələdə Laçın rayonları layihələndiriləcək. Bu işlər komitə tərəfindən sistemli şəkildə aparılır".

Aytən Zəhra
AzVision.az


Teqlər: Qarabağ  





Xəbər lenti