Şəxsin əlilliyi necə təyin olunur? - Açıqlama
“Əlillik təyin olunan şəxslərin reabilitasiya dövründə səhəti yaxşılaşırsa, o zaman onun əlilliyi dayandırılır. Çox zaman vətəndaş müraciət edir ki, şəkər xəstəsidir və ya bronxial asmadır. Belə halda şəkər xəstəliyinin böyrəkdə yaratdığı fəsadlara görə şəxsə əlillik təyin olunur. Böyrək çatışmazlığına görə yox. Amma onun fuksional pozunluğuna görə əlillik təyin olunur”.
İ.Yusifov qeyd edib ki, əlillikdən imtina qərarları əsasən göndərişin natamam doldurulması zamanı olur:
“Göndərişdə verilən məlumatları tam doldurmaqda sənəd dövlət tibb müəssisinə qaytarılır. Dövlət tibb müəssisəsi tərəfindən çatışmazlıqlar aradan qaldırılaraq yenidən göndəriş rəsmiləşdirilə bilər. Ola bilər xəstəliyin xarakterinə uyğun olaraq təyin olunan müalicə yetərli deyil, bu zaman əlavə müalicə barədə qərar verilə bilər. Bəzi hallarda təqdim edilən göndərişdə xəstəlik və onun ağırlaşaması əlillik təyinatına əsas vermir. Və yaxud diaqnoz müayinələrlə tam şəkildə təsdiq edilmir. Bu zaman diaqnozun əlillik təyin edilməsi, təsdiq olunmaması barədə qərar verilir”.
Aytən Zəhra
AzVision.az
Teqlər: Əlillik







Vaxtında, Aydın, Lazımlı!


