Müddətdən artıq həqiqi hərbi xidmətə qəbulun vaxtı uzadılıb

  Müddətdən artıq həqiqi hərbi xidmətə qəbulun vaxtı uzadılıb
  08 Noyabr 2021    Oxunub:595
Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbulu prosesinin vaxtı uzadılıb.
Bu barədə AzVision.az -a Müdafiə Nazirliyindən məlumat verilib. Məlumata görə, ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 30 yaşınadək hərbi vəzifəlilər hərbi birliklərin, qoşun növlərinin, hərbi hissələrin qərargahlarında, eləcə də Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyalarına müraciət edə bilərlər.



AzVision.az


Teqlər: Müdafiə-Nazirliyi  



Xəbər lenti