Bakıda Zəfər Günü yürüşü başa çatdı - FOTOLAR+ YENİLƏNİB

   Bakıda Zəfər Günü yürüşü başa çatdı -  FOTOLAR+ YENİLƏNİB
  08 Noyabr 2021    Oxunub:3711
8 Noyabr - Zəfər Günü münasibətilə Bakı şəhərində yürüş təşkil olunub.
AzVision.az xəbər verir ki, Zərər yürüşü Müdafiə Nazirliyinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyi, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin hərbi orkestrlərinin müşayiəti ilə başlayıb. Azneft dairəsindən “Ağ şəhər” bulvarınadək davam edən yürüşdə hərbi orkestrin ifasında vətənpərvərlik və qələbə ruhunda mahnı və marşlar səsləndirilib.

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları 440 metr uzunluğunda Azərbaycan bayrağını yürüş marşrutu üzrə aparıblar. Yürüşü süvari dəstəsi müşayiət edib.

“Ağ şəhər” bulvarınadək davam edən yürüş “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə təşkil olunan flaşmobla başa çatıb. Flaşmobda könüllü gənclərin iştirakı ilə Vətən müharibəsinin rəmzi olan “Dəmir yumruq” kompozisiyası yaradılıb.

Sonda Dövlət himni səsləndirilib.

*****
Bakıda 8 Noyabr - Zəfər Günü münasibətilə genişmiqyaslı yürüş keçirilir.

AzVision.az xəbər verir ki, hərbi orkestrin müşayiəti ilə "Azneft" dairəsindən başlayan aksiyada onminlərlə insan iştirak edir.

Yürüş iştirakçıları əllərində Azərbaycanın şanlı bayrağını daşıyırlar. Yürüşü çiynində 470 metr uzunluğunda Azərbaycan dövlət bayrağı olan hərbçilər müşayiət edir.

Aksiya "Ağ şəhər" bulvarınada - Hərbi Qənimətlər Parkında yekunlaşacaq.

















































Şahanə Rəhimova
Foto: Anar Bayramlı
Video: Əhməd Xəlilov

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti