Bakıda Zəfər yürüşü və flaşmobu keçiriləcək

      Bakıda Zəfər yürüşü və flaşmobu keçiriləcək
  07 Noyabr 2021    Oxunub:1231
Noyabrın 8-də Bakıda Zəfər Günü ilə əlaqədar yürüş keçiriləcək.


AzVision.az xəbər verir ki, saat 10-da hərbi orkestrin müşayiəti ilə başlayacaq yürüş Azneft dairəsindən “Ağ şəhər” bulvarınadək davam edəcək.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları isə Azərbaycan bayrağını yürüş marşrutu üzrə aparacaqlar. Yürüşü süvari dəstəsi müşayiət edəcək.

“Ağ şəhər” bulvarınadək davam edən yürüş “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə təşkil olunan flaşmobla başa çatacaq.

AzVision.az


Teqlər: Zəfər  



Xəbər lenti