Gəncədə bir qrup şəhid ailəsinə torpaq sahəsi verilib
Bununla yanaşı, Niyazi Bayramov və Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları səhhətində problem yaranan şəhid anası Vüsalə Məmmədovanı ziyarət ediblər. Şəhər rəhbəri şəhid anasının vəziyyəti ilə maraqlanıb, onun müraciətini dinləyib və həlli istiqamətində müvafiq tapşırıqlar verib. Vüsalə Məmmədova səhhəti ilə bağlı narahatçılığın olmadığını dilə gətirib və göstərilən qayğıya görə şəhər rəhbərinə öz minnətdarlığını bildirib.
Eyni zamanda, Vətən müharibəsi şəhidlərinin il dönümləri ilə əlaqədar olaraq şəhər rəhbərliyi anım mərasimlərində yaxından iştirak edir. Şəhid ailələri ilə birlikdə Vətən uğrunda canından keçən igidlərimizin məzarları ziyarət olunur, onların ruhuna dərin ehtiram bildirilir. Onu da qeyd edək ki, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən Vətən müharibəsi şəhidlərinin il mərasimlərinin təşkili üçün hər bir ailəyə müvafiq qaydada maddi yardım göstərilir.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müvafiq tapşırığına əsasən şəhid ailələri və qazilərə diqqət bundan sonra da davam etdiriləcək.
AzVision.az
Teqlər: Gəncə Şəhid-ailəsi







Vaxtında, Aydın, Lazımlı!


