Minimum əməkhaqqı 300 manata qaldırılır

      Minimum əməkhaqqı 300 manata qaldırılır
  05 Noyabr 2021    Oxunub:1963
Azərbaycanda gələn il minimum aylıq əməkhaqqı 250 manatdan 300 manata qaldırılır.

AzVision.az xəbər verir ki, bu məsələ "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əks olunub.
Bundan əlavə, layihəyə əsasən ünvanlı sosial yardımın təyin edilməsi üçün ehtiyac meyarı 170 manatdan 200 manata qaldırılması da təklif edilir.

AzVision.az



Teqlər: Əməkhaqqı  



Xəbər lenti