"Bakı Forumu ideyaların mübadiləsi baxımından vacib tədbirdir" - Belçikanın keçmiş baş naziri

   "Bakı Forumu ideyaların mübadiləsi baxımından vacib tədbirdir" -    Belçikanın keçmiş baş naziri
  04 Noyabr 2021    Oxunub:1396
“COVID-19-dan sonrakı dünya” adı altında VIII Qlobal Bakı Forumu beynəlxalq ideyaların mübadiləsi baxımından vacib tədbirdir.
Bunu AzVision.az -a açıqlamasında Belçika Krallığının keçmiş Baş naziri İv Leterm deyib. O bildirib ki, iqlim dəyişikliyi və pandemiya ilə mübarizədə birgə əməkdaşlıq vacibdir:

"Nizami Gəncəvi Beynəlxalq mərkəzinin və Prezident İlham Əliyevin təşəbbüsü ilə bu mövzulara həsr olunan tədbirlərin keçirilməsi olduqca vacibdir. Bu, gələcəkdə beynəlxalq siyasətin keyfiyyətli olmasına töhfədir"

Onun sözlərinə görə, Azərbaycan hökumətinin koronavirusla mübarizədə uğurlu fəaliyyəti təqdirəlayiqdir: "Artıq Azərbaycan əhalisinin 60 faiz peyvənd olunub. Bu, əhalinin sağlamlığının diqqət mərkəzində olmasının göstəricisidir. Yeni xəstəxanalar tikilib. Azərbaycanın bu sahədə fəaliyyəti məhsuldardır".

Aytən Zəhra
AzVision.az


Teqlər: Koronavirus   Azərbaycan  



Xəbər lenti