"Ermənistana qarşı iddiaların qaldırılması ilə bağlı iş aparılır" - Nazir
“Eyni zamanda qeyd etmək istərdim ki, bir sıra digər konvensiyalar üzrə də hazırlıq işləri gedir. Azərbaycanın enerji və təbii sərvətlərinin talan edilməsi ilə bağlı ətraf mühitə dair Bern konvensiyası əsasında sənədlərin hazırlanması istiqamətində hazırda bizim mütəxəssislər beynəlxalq hüquqşünaslarla birlikdə işlər aparır.
Bu istiqamətdə də müvafiq addımlar yaxın zamanlarda atılacaq. Bütün bunlarla yanaşı, Azərbaycan Prezident İlham Əliyev tərəfindən dəfələrlə qeyd edilib ki, bütün bunlara baxmayaraq biz gələcəyə baxmalıyıq. Azərbaycan gələcəyə baxır. Azərbaycan müharibə qalibi olaraq öz xoş niyyətini göstərir”.
AzVision.az
Teqlər: XİN Ermənistan







Vaxtında, Aydın, Lazımlı!


