"Eşidəndə ki, Şükür həlak olub, bizim hamımızın ürəyi ağrıdı" - Dövlət başçısı

   "Eşidəndə ki, Şükür həlak olub, bizim hamımızın ürəyi ağrıdı" -    Dövlət başçısı
  26 Oktyabr 2021    Oxunub:1556
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva oktyabrın 25-də Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər. Görüş zamanı dövlətimizin başçısı Vətən müharibəsində şəhid olmuş Qubadlı sakini, Milli Qəhrəman Şükür Həmidovu bütün hərbçilərimiz, gənc nəsil üçün nümunə adlandırıb.
Prezident İlham Əliyev: Şükür Həmidov bizim ən istedadlı və cəsarətli hərbçilərimizdən biri idi. O, Aprel döyüşlərində böyük qəhrəmanlıq göstərmişdi. Məhz bu qəhrəmanlığa görə mən ona Milli Qəhrəman adını verdim və özüm də şəxsən onu bu mükafatla təltif etdim. Ondan sonrakeçmiş məcburi köçkünlərləilk görüş əsnasında onun atası Nəriman kişi ilə tanış oldum və bilmirdim ki, o, Şükürün atasıdır. Köçkünlər üçün salınmış bir şəhərciyin açılışında mənə dedi, mən də salamlarımı çatdırdım. Eşidəndə ki, bu günlərdə, bir neçə gün bundan əvvəl bir ili olub. Eşidəndə ki, Şükür həlak olub, bizim hamımızın ürəyi ağrıdı.

Ümumiyyətlə, bu tarixi Zəfərdən sonra ölkəmizin yeniləşməsi, müasirləşməsi, aparılan islahatlar, xoşagəlməz hallarla mübarizə, əlbəttə, tam yeni müstəviyə çıxmalıdır. Çünki bu Qələbə bütün dünyaya bizim böyük xalq olduğumuzu göstərdi, eyni zamanda, bizi sözün yaxşı mənasında məcbur edir ki, biz qabağa ancaq düz yolla gedək. Bax, sizinlə bərabər, bütün Azərbaycan ictimaiyyəti ilə bərabər biz bu yolu gedəcəyik. İndi mən hansı statusda bu yolu gedəcəyəm, o, ikinci məsələdir. Əsas odur ki, ömrümün sonuna qədər mən bu yolla gedəcəyəm, İnşallah, sizinlə bərabər.



AzVision.az


Teqlər: Prezident   ŞükürHəmidov  





Xəbər lenti