Fərid Qayıbov Taekvondo Federasiyasının fəaliyyəti ilə tanış olub

Fərid Qayıbov Taekvondo Federasiyasının fəaliyyəti ilə tanış olub
  25 Oktyabr 2021    Oxunub:639
Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Taekvondo Federasiyasının fəaliyyəti ilə tanış olub.
Nazirlikdən AzVision.az -a verilən məlumata görə, milli komanda üzvləri ilə görüşən F.Qayıbov onların məşq proseslərini izləyib, federasiyada yaradılmış şəraitlə maraqlanıb.

Federasiyasının icraçı vitse-prezidenti Nağı Səfərov nazirə qurumun fəaliyyəti, yarışlara hazırlıq, gənc idmançılarla işin qurulması, çətinliklər, və gələcək planlar barədə məlumat verib.

Qeyd olunan məsələlər ətrafında fikir mübadilələri aparılıb.

AzVision.az


Teqlər: Federasiya  





Xəbər lenti