Bakı-Sumqayıt qatarlarının sayı artırılır - Cədvəl

  Bakı-Sumqayıt qatarlarının sayı artırılır -  Cədvəl
  20 Oktyabr 2021    Oxunub:1353
Sabahdan Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarların sayı artırılacaq.
"Azərbaycan Dəmir Yolları" QSC-dən AzVision.az -a verilən məlumata görə, bu addın sərnişin sıxlığını aradan qaldırmaq məqsədilə atılır. Belə ki, sərnişinlərin müraciətləri nəzərə alınaraq Bakı-Pirşağı-Sumqayıt istiqamətində olan reyslərin sayı 12-dən 16-ya, əks istiqamətdə isə 13-dən 17-yə çatdırılıb, eləcə də bəzilərinin vaxtında dəyişiklik edilib.

O cümlədən, Xırdalanla Bakı arasında sərnişin axınının güclənməsi müşahidə olunduğundan Bakı-Xırdalan istiqamətində 6003, Xırdalan-Bakı istiqamətində isə 6008 nömrəli qatarlar əlavə olunub.









AzVision.az


Teqlər: Qatar  





Xəbər lenti