Diaspor gəncləri Ermənistanla bağlı beynəlxalq təşkilatlara müraciət edib
Bəşəri dəyərlərə və beynəlxalq konvensiyalara zidd olan bu amansız cinayətlər nəticəsində mülki azərbaycanlılar həlak olub və yaralanıb, mülki infrastruktura ciddi ziyan dəyib. Qeyd edilib ki, Ermənistan silahlı qüvvələri ölkəmizin Mingəçevir, Naftalan, Goranboy, Tərtər şəhərlərini, Ağdam və Xızı rayonlarını intensiv şəkildə atəş altında saxlamaqla ağır müharibə cinayətlərinə yol verib.
Azərbaycan Diaspor Gənclər Şəbəkəsi, Norveç-Azərbaycan Gənclər Təşkilatı, Mədəniyyətlərarası əlaqələr üçün Gənclər Birliyi, Azərbaycan-İtaliya Gənclər Assosiasiyası, Litva-Azərbaycan Gənclər Təşkilatı, Polşadakı Azərbaycan Evi, Xəzər Araşdırmalar Mərkəzi, Azərbaycan-Macarıstan Gənclər Birliyi, Azər-Türk Gənclər Təşkilatı, “İRS” Estoniya-Azərbaycan Gənclər Mərkəzi, Fransadakı Azərbaycanlı Tələbələr Assosiasiyası, Şimali Amerika-Azərbaycan Gənclər Təşkilatı, Kipr-Azərbaycan Diaspor Mərkəzi, “Sankt-Peterburq Azərbaycan Milli-Mədəni Muxtariyyəti” nəzdindəki Azərbaycan Gəncləri Birliyi, “Azərbaycan İcmaları Konqresi” nəzdindəki Azərbaycan Gənclər Təşkilatı, Ukrayna Azərbaycanlı Gənclər Radası adından qəbul edilmiş bəyanat beynəlxalq təşkilatlara göndərilib.
AzVision.az
Teqlər: Diaspora