İspaniyada güclü zəlzələ olub

İspaniyada güclü zəlzələ olub
  20 Oktyabr 2021    Oxunub:693
İspaniyanın Kanar arxipelaqına daxil olan Palma adasında (Atlantik okeanı) Kumbre-Vyexa vulkanının püskürməyə başlamasından bəri ən güclü zəlzələ olub.
AzVision.az İspaniya KİV-lərinə istinadla xəbər verir ki, maqnitudası 4,8 bal olan zəlzələ 39 kilometr dərinlikdə qeydə alınıb. Yeraltı təkanlar qonşu Tenerife və Homera adalarında da hiss olunub.

Seysmoloqların məlumatına görə, son həftə ərzində Palma adasında 500-dən çox, ayarımda isə bir neçə min yeraltı təkan baş verib.

Kumbre-Vyexa vulkanı sentyabrın 19-da püskürməyə başlayıb. Lava 800 hektar ərazini örtüb və təxminən iki min tikilini məhv edib, onların yarısı yaşayış binalarıdır. Bu günədək adadan 7 minə yaxın insan təxliyə edilib.

AzVision.az


Teqlər: İspaniya  





Xəbər lenti