"Məktəblərin bağlanması daimi deyil" - İnfeksionist

   "Məktəblərin bağlanması daimi deyil" -    İnfeksionist
  20 Oktyabr 2021    Oxunub:980
"Ayrı-ayrı yerlərdə xəstələnmə halları olursa, lokal tədbirlər görülür. Məktəblərin bağlanması daimi deyil, onlar 14 gün sonra açılır. Belə hallar bağlanma qərarının verilməsi üçün çox deyil”.
AzVision.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib. O bildirib ki, təkcə Azərbaycanda deyil, əksər ölkələrdə belə yanaşma var:

“Mümkün qədər çalışılır ki, həyat öz axarı ilə davam etsin. İndiki yumşalmalar insanlar üçün yetərlidir. Hazırda ölkədə yoluxanların sayında artım var və olacaq. Hər bir vətəndaş üzərinə düşən işi görməli, peyvəndlənmədə iştirak edənlərin sayı çoxalmalıdır. Bu müddəti heç bir bağlanmalara getmədən davam edə bilsək, bizim üçün böyük qələbə olar”.

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti