"Uşaqlarda xəstəlik məktəbə gedənə qədər aşkarlanmalıdır" - Təyyar Eyvazov

   "Uşaqlarda xəstəlik məktəbə gedənə qədər aşkarlanmalıdır" -    Təyyar Eyvazov
  20 Oktyabr 2021    Oxunub:1446
"Çalışmaq lazımdır ki, məktəblər bağlanmasın. Çünki distant təhsil effekt vermir. Valideynlər, evdəki böyüklər peyvənd olunmalı, məsuliyyətli davranmalıdır".
AzVision.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov deyib. O bildirib ki, uşaqların evdə gündə iki dəfə temperaturu yoxlanılmalıdır:

“Uşaqlarda xəstəlik məktəbə gedənə qədər aşkarlanmalıdır. Aşkarlanana qədər o kiminləsə təmasda ola bilər. Valideynlər bu işdə böyük məsuliyyət daşıyırlar. Azyaşlılar koronavirusu böyüklərə nisbətdə yüngül keçirsələr belə, müəllimlərə ötürə bilərlər. Baxmayaraq ki, müəllimlərin 80 %-i peyvənd olunsa da, onlar evdəkiləri yoluxdura bilər".

Aytən Zəhra
AzVision.az



Teqlər: Uşaq   Koronavirus  





Xəbər lenti