Dayəyə müvəqqəti verilən azyaşlının nənəsi tapılıb - Komitə

   Dayəyə müvəqqəti verilən azyaşlının nənəsi tapılıb -    Komitə
  20 Oktyabr 2021    Oxunub:1073
Ötən gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən sığınacağa yerləşdirilən azyaşlının nənəsi ilə əlaqə saxlanılıb. Dövlət Komitəsindən AzVision.az -a verilən məlumata görə, Rusiya Federasiyasında yaşayan nənə qısa müddət ərzində Bakıya qayıdacağını və nəvəsini qəyyumluğa götürəcəyini bildirib:
"Nənə onu da əlavə edib ki, nəvəsinə baxmaq üçün azyaşlının 18 yaşı olanadək etibarnaməsi var.

Nənə nəvəsi üçün ən etibarlı yerin dövlətin himayəsi olduğunu bildirib. Hazırda Dövlət Komitəsi tərəfindən azyaşlının təhsilini davam etdirməsi üçün sənədlər hazırlanır.

Bu gün azyaşlının nənəsi ilə telefon vasitəsilə əlaqə saxlaması üçün şərait yaradılacaq".

AzVision.az


Teqlər: Azyaşlı  





Xəbər lenti