Bu il yarmarkada ilk dəfə Kəlbəcər balı da satılır - Neçəyədir?

  Bu il yarmarkada ilk dəfə Kəlbəcər balı da satılır -    Neçəyədir?
  20 Oktyabr 2021    Oxunub:1837
"Bu ilki bal yarmarkasına 200 kiloqram Kəlbəcər balı çıxarmışam". Bunu AzVision.az -a açıqlamasında arı təsərrüfatını Kəlbəcər yaylağına köçürən sahibkar Sabir Mustafayev deyib.
O bildirib ki, Kəlbəcərdə iki dəfə bal süzüb: "Kəlbəcərdən 2 ton bal topladıq. Yarmarkaya hazırda 200 kiloqram Kəlbəcər yaylaq balı, 200 kiloqram isə Ağsu-İsmayıllı balı çıxarmışıq.

Kəlbəcər balının 1 kiloqramını 30-40 manata, digər balı isə 20-30 manata satırıq. Kəlbəcərdən gətirdiyimiz çərçivə balı 40 manat, süzmə bal isə 30 manatdır".

S. Mustafayev deyib ki, bu il əldə etdiyi balın 20 faizini şəhid ailələrinə pulsuz verib.

Aytən Zəhra
AzVision.az



Teqlər: Bal  





Xəbər lenti