Məhkumun torpağa basdırdığı silah tapıldı

Məhkumun torpağa basdırdığı silah tapıldı
  20 Oktyabr 2021    Oxunub:967
Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatı və Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis bölməsinin əməkdaşları birgə əməliyyat-axtarış tədbiri keçirib.
Penitensiar xidmətdən AzVision.az -a verilən məlumata görə, nəticədə Cinayət Məcəlləsinin 234.1; 237.2.3 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 3 il 6 ay müddətində azadlıqdan məhrum edilmiş və hazırda Müalicə Müəssisəsində saxlanılan məhkum Nahid Nazim oğlu Əliyevin yaşadığı Maştağa qəsəbəsində fərdi yaşayış evinin həyətində torpağa basdıraraq gizlətdiyi 1 ədəd lüləsi və qundağı kəsilmiş ob tüfəngi aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.

AzVision.az



Teqlər: Türmə  





Xəbər lenti