Peyvənd olunanların sayı açıqlanıb

Peyvənd olunanların sayı açıqlanıb
  19 Oktyabr 2021    Oxunub:1125
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 31 060 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzVision.az -a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 12 604, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 456 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 226 083, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 976 945, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 249 138 təşkil edir.

AzVision.az



Teqlər: Peyvənd  





Xəbər lenti