Bu il Azərbaycanda 1 862 əkiz, 51 üçəm doğulub

   Bu il Azərbaycanda 1 862 əkiz, 51 üçəm doğulub
  19 Oktyabr 2021    Oxunub:863
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda doğulan əkiz və üçəmlərin sayı açıqlanıb.
Dövlət Statistika Komitəsindən AzVision.az -a verilən məlumata görə, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-avqust ayları ərzində 73177 doğulan körpə qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə bu göstərici 11,0 təşkil edib.
Doğulan uşaqlar arasında oğlanların xüsusi çəkisi 53,4 faiz, qızların xüsusi çəkisi isə 46,6 faiz olub. Körpələrdən 1 862-si əkiz, 51-i üçəm, 4-ü isə dördəm doğulub.

AzVision.az


Teqlər: DSK   Uşaq   Üçəm  





Xəbər lenti