Bu universitetdə 3 qrup distant təhsilə keçdi

Bu universitetdə 3 qrup distant təhsilə keçdi
  18 Oktyabr 2021    Oxunub:804
Azərbaycan Texniki Universitetində ötən həftəsonu 3 tələbənin koronavirus testi pozitiv çıxıb.
Universitetin mətbuat xidmətinin rəhbəri Sevinc İsgəndərova AzVision.az -a bildirib ki, bu səbəbdən həmin tələbələrin təhsil aldığı qruplar distant təhsilə keçib:

"Ancaq universitetdə yoluxma kütləvi deyil. Virusa yoluxan tələbələrin vəziyyəti normaldır".

Aytən Zəhra
AzVision.az



Teqlər: Tələbə   Koronavirus  





Xəbər lenti