"Vilyam Hacıyevin səhhəti ilə bağlı narahatlığı yoxdur"

   "Vilyam Hacıyevin səhhəti ilə bağlı narahatlığı yoxdur"
  18 Oktyabr 2021    Oxunub:950
Ədliyyə Nazirliyi İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin səhhəti ilə bağlı açıqlama yayıb.
AzVision.az -ın xəbərinə görə, Ədliyyə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir ki, bəzi kütləvi informasiya vasitələrində vəzifə cinayətlərinə görə həbs olunmuş İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin sağlamlıq durumunun pisləşməsi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar dərc olunub.

“Ədliyyə Nazirliyinin tibb xidmətindən əldə olunan məlumata əsasən, koronavirus xəstəliyinə yoluxmuş V. Hacıyevin müalicəsi bu sahədə ixtisaslaşmış Dövlət Gömrük Komitəsinin Hospitalında davam edir və hazırda səhhəti ilə bağlı hər hansı bir narahatlıq yoxdur. Məsələ ilə bağlı həmçinin, Hospitalın rəhbərliyi ilə əlaqə saxlanılaraq məlumat bir daha dəqiqləşdirilmiş və məlum olmuşdur ki, xəstənin müalicəsi, əksinə müsbət nəticə verdiyindən o, reanimasiyadan ümumi palataya köçürülmüş və sağlamlıq durumu daim həkim nəzarətində saxlanılır.

Bununla əlaqədar KİV-də dəqiqləşdirilməmiş və yanlış məlumatların verilməsi ictimaiyyətdə ucuz sensasiya yaratmaq məqsədi daşımaqla yanaşı, xəstənin ailəsinə əsassız olaraq narahatlıq və mənəvi iztirab yaşadır”, - deyə məlumatda qeyd olunur.

AzVision.az


Teqlər: VilyamHacıyev  





Xəbər lenti