Xudafərin körpüsünün işğaldan azad edilməsindən bir il keçir

   Xudafərin körpüsünün işğaldan azad edilməsindən bir il keçir
  18 Oktyabr 2021    Oxunub:1906
Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinin 22-ci günündə - 2020-ci il oktyabrın 18-də tarixi Xudafərin körpülərini və Xudafərin kəndini işğaldan azad edib.
Həmin gün Azərbaycan Ordusu Cəbrayıl rayonunun Hacılı və Hacı İsaqlı kəndlərinin də işğalına son qoyub.

Prezident İlham Əliyev ötən il Tvitter paylaşımında Azərbaycan Silahlı Qüvvələrinin qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdığını belə elan etmişdi:

"Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar. Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!".





AzVision.az



Teqlər:





Xəbər lenti