"Arazdəyən yaşayış məntəqəsi istiqamətində atəş açılmayıb" - MN

   "Arazdəyən yaşayış məntəqəsi istiqamətində atəş açılmayıb" -    MN
  15 Oktyabr 2021    Oxunub:914
"Azərbaycan Ordusunun bölmələrinin Arazdəyən yaşayış məntəqəsi istiqamətində guya atəş açması barədə Ermənistan tərəfinin yaydığı əsassız məlumatlar həqiqətə uyğun deyil və tamamilə yalandır".
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

"Qarşı tərəf bu kimi yalan məlumatlar yayaraq növbəti təxribatlarına zəmin yaratmağa çalışır. Bildiririk ki, Azərbaycan Ordusunun bölmələri istənilən təxribatların qarşısını qətiyyətlə alacaq".

Azvision.az



Teqlər: Azərbaycan   MüdafiəNazirliyi  





Xəbər lenti