Qanunsuz ov edən və əcnəbiləri ova çağıran şəxs cəzalandırılıb

Qanunsuz ov edən və əcnəbiləri ova çağıran şəxs cəzalandırılıb
  15 Oktyabr 2021    Oxunub:584
Çöl ördəklərini qanunsuz ovlayan və onları nümayiş etdirərək əcnəbiləri ov etməyə çağıran şəxslə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırma aparılıb.
Bu barədə Azvision.az - a Xidmətin rəisi Hikmət Əlizadə məlumat verib.

Onun sözlərinə görə, həmin şəxsin İmişli şəhər sakini Razi Səmədov olduğu müəyyən edilib.

Xidmət rəisi bildirib ki, faktla bağlı akt, protokol tərtib edilib və təqsirkar şəxs barəsində qanuna müvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər hüquq-mühafizə orqanına göndəriləcək.

Azvision.az


Teqlər: Ov  





Xəbər lenti