YANdaşlar: Niyə erməni və farsların soyadları eyni cür bitir?

  YANdaşlar:  Niyə erməni və farsların soyadları  eyni cür bitir?
  15 Oktyabr 2021    Oxunub:7483
Niyə ermənilərin soyadlarının sonluğu (-yan) praktik olaraq farslarla (-ian) eynidir? Bunun xüsusi bir mənası varmı, yoxsa təsadüfdür? AzVision məsələyə aydınlıq gətirməyə çalışıb.
Ermənilər cürbəcür etnosların qatışığından yarandıqları kimi, dilləri də hibriddir. Onların soyadları bir sıra xalqlardan oğurluqdur. İrəvanda 1987-ci ildə çıxan “Erməni soyadları” kitabınında qeyd edilir ki, erməni soyadlarının yalnız 26,3 faizi orjinal erməni dilindən yaranıb, qalanlarının 194-ü fars, 113-ü türk, 111-i ərəb, 60-ı yunan, 54-ü yəhudi, 44-ü isə digər dillərdən götürülüb. Erməni soyadlarının 20 faizini isə xristian dini ilə bağlıdır.

Nəsimi adına Dilçilik İnstitutunun "Qədim dillər və mədəniyyətlər” şöbəsinin müdiri, dilçi-alim, filologiya elmləri doktoru İlhami Cəfərsoy Azvision.az-a bildirib ki, ermənilər tarixən məğlub olmuş, əzilmiş, etnik mənsubiyyətini itirmiş xalqların assimilyasiyasından yaranıblar:
- Ermənilərin öz adlarına çıxardıqları parfiya mənşəli Arşakidlərin dövləti 387-ci il müqaviləsinə görə iki yerə bölünmüşdü: ölkənin beşdə biri Bizans, beşdə dördü Sasanilər dövlətinin ərazisinə qatılmışdı. Hakim nəsillərin, o cümlədən hayların çoxu döyüşlərdə öldürüldü. Salamat qalan xırda nəsillər isə qul oldular. Arşakidlərin sarayında olan yunan səfirləri deyirdilər ki, “bəziləri onların dilini İran dili sayır, ancaq biz onların sayarında görürdük ki, sadə camaat fars dilinə yaxın dildə, saraydakı ali zümrə türk dillərilə İran dillərinin qarışığında danışırlar”.


Farsa yaxın dillərdə -an, -ian,-yan şəkilçilərinin çoxluq və etnik mənsubluq bildirən şəkilçi olduğunu deyən dilçi-alim ermənilərin də çoxluq bildirən təxəllüslərlə yazdıqlarını vurğulayıb. O qeyd edib ki, Sasanilərin tərkibinə düşənə qədər ermənilərin ən çox işlətdiyi soyad Atsi, Vatsi, Etsi idi:
- Erməni tarixinin keçmiş nüsxələrində belə nümunələr var: Sira Katsi, Xore Atsi. Bunu yunanlardan götürmüşdülər. Sonradan onlar rəsmi olaraq soyad sonluqlarında -an, -ian şəkilçilərini istifadə etməyə başladılar. 30-ci illərdə isə -yan etdilər. Akademik Manuk Xaçaturoviç Abeğyan yazır ki, “erməni adlanan milləti çoxlu xırda tayfaların, erməni və erməni olmayan digər xalqların, etnosların assimilyasiyası nəticəsində yaranıb. Ermənilərin özləri kimi dilləri də hibriddir. İran, yunan və digər dillərin təsirinə uğramış yeni dildir. Erməni millətinin müxtəlif etnik toplumlardan ibarət olduğunu ötəri şəkildə olsa da, akademik B.B.Piotrovski qeyd edir. Bildirir ki, bütün ermənilər eyni dilin və mədəniyyətin daşıyıcıları deyillər.

Ermənilərin adlarına çıxardıları dövlət dağılanda hayların çoxu döyüşlərdə öldürülmüşdü. Yerdə qalanlar isə qul oldular. Onlara qul təxəllüsü verilmişdi. Həmin qul adları 387-ci ildən I Pyotrun dönəminə qədər davam etdi. Çariça Yekaterina xüsusi sərəncam verib, qul adını onların üstündən götürdü.


Azərbaycan-erməni Araşdırmaları Mərkəzinin rəhbəri Qafar Çaxmaqlı bildirib ki, erməni və farsların bir qisminin soyadının sonluğuna olan -ian, -yan şəkilçisi tarixi proseslə bağlıdır: “Bunların fərqi var. "-yan" şəkilçisi farslarda məkan bildirən anlama gəlir. Yəni Nəvahandiyan soyadı “Nəvahandan olan” deməkdir. Amma ermənilərdə -yan şəkiçisi onun nəslini ifadə edir. Ermənilərdəki "-yan" şəkilçisi erməni və ya türk adlarının sonuna artırılaraq, soyad kimi istifadə edilir. İkinci fərq ondan ibarətdir ki, şəkilçi dilin quruluşuna görə uyğunlaşdırılır. Farslarda -yan soyadına az hallarda rast gəlinir. Ermənilər isə soyad sonluqlarında -yan şəkilçisi ilə yanaşı, -yanç, -enç sonluqlarından da istifadə edirlər. Bunların arasında eynilik axtramaq doğru deyil”.

Azvision.az


Teqlər: Erməni   Soyad  





Xəbər lenti