Qarabağda meyitlərin axtarışı və götürülməsi üçün 182 əməliyyat keçirilib

   Qarabağda meyitlərin axtarışı və götürülməsi üçün 182 əməliyyat keçirilib
  13 Oktyabr 2021    Oxunub:605
Bu ilin yanvar-iyun ayları ərzində Beynəlxalq Qızlar Xaç Komitəsinin neytral vasitəçi qismində iştirakı ilə son döyüşlərin təsirinə məruz qalmış ərazilərdə insan qalıqlarının axtarışı və götürülməsi üçün 182 əməliyyat təşkil edilib.
Azvision.az xəbər verir ki, bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib. BQXK rəsmisi bildirib ki, 283 bioloji referent nümunəsi 90-ci illərdə itkin düşmüş şəxslərin 118 ailəsindən toplanıb:

"Üç müşayiətçi bioloji referent nümunələrinin toplanması prosesi zamanı itkin düşmüş şəxslərin ailələrinə dəstək göstərib. 67 itkin düşmüş şəxsin ailəsinə nağd pul yardımı göstərilib. 30 müşayiətçi itkin düşmüş şəxslərin ailələrinə COVID-19 pandemiyası və eskalyasiya ilə əlaqədar məsafədən dəstək göstərməyə davam edir".

Aytən Zəhra
Azvision.az


Teqlər: Qırmızı-Xaç  





Xəbər lenti