Suraxanıda yük avtomobili avtobusla toqquşdu: 5 nəfər ölüb - YENİLƏNİB

   Suraxanıda yük avtomobili avtobusla toqquşdu:    5 nəfər ölüb - YENİLƏNİB
  13 Oktyabr 2021    Oxunub:1864
Aeroport yolunda yük maşınının sərnişin avtobusuna çırpılması nəticəsində xəsarət alan 21 nəfər xəstəxanaya çatdırılıb.
Bu barədə Azvision.az-a Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat verilib.

Onlardan 11-i kişi, 10-u qadındır.

Xəsarət alanlardan 8 nəfər Kliniki Tibbi Mərkəzə, 13 nəfər isə 3 saylı Kliniki Şəhər Xəstəxanasına yerləşdirilib.

Qeyd olunub ki, bu, saat 09:00-a olan məlumatdır.

Bildirilib ki, qəza zamanı ölən şəxslərlə bağlı hələlik dəqiq məlumat yoxdur. Bu barədə ətraflı məlumat veriləcək.

***
Heydər Əliyev Beynəlxalq Hava Limanı - Mərdəkan avtomobil yolunun Suraxanı dairəsi adlanan hissəsində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı 5 nəfər ölüb.


Bu barədə Azvision.az-a Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib. O bildirib ki, hadisə yerinə 10 təcili tibbi yardım maşını cəlb olunub:

"Polis əməkdaşları prospektdə nəqliyyatın hərəkətinin tənzimlənməsi istiqamətində tədbir görür. Hadisə yerinə əməliyyat-istintaq qrupu cəlb olunub. İlkin ehtimala görə, yük avtomobili sürücüsü sükan arxasında yuxulu olub və hərəkət zolağından çıxıb”. 

****

Bakıda avtobus qəzası nəticəsində xəsarət alanlardan 6 nəfərin vəziyyəti ağırdır.

3 saylı Şəhər Klinik Xəstəxanasından Azvision.az -a verilən məlumata görə, xəstəxanaya 16 nəfər gətirilib, onlardan 2-si əməliyyatdadır, 4-ü reanimasiyadadır, 10 nəfərin vəziyyəti isə yüngüldür, sarğı edilirlər.

****
Hava limanı-Mərdəkan yolunun Suraxanı dairəsi adlanan hissəsində ağır yol nəqliyyat hadisəsi nəticəsində 20 nəfər xəsarət alıb.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Azvision.az -a verilən məlumata görə, həmin şəxslər xəstəxanaya yerləşdirilib.
"Müxtəlif xəsarətlərlə 7 nəfər Kiliniki Tibbi Mərkəzə, 13 nəfər isə 3 saylı Klinik Şəhər Xəstəxanasına çatdırılıb.

****
Hava limanı-Mərdəkan yolunun Suraxanı dairəsi adlanan hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyindən Azvision.az -a verilən məlumata görə, Mərdəkan istiqamətində hərəkət olan 99 DH 343 DQN-lı “Mercedes” markakı yük avtomobili “Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan, 171 nömrəli müntəzəm marşrut xətti üzrə 10 TH 116 DQN-lı sərnişin avtobusuna çırpılıb:

"İlkin məlumata görə, hadisə yük avtomobili sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verib. Belə ki, sürücü yuxuladığından avtomobil idarəetmədən çıxaraq avtobusa dəyib. Nəticədə avtobus da aşıb.

Qəza nəticəsində sərnişinlər arasında ölən və xəsarət alanlar var".



Aytən Zəhra
Azvision.az


Teqlər: Avtobus   Qəza  





Xəbər lenti