ANAMA Qarabağda 24 925 mina və PHS aşkarlayıb
Qeyd olunub ki, bu müddət ərzində ANAMA tərəfindən 24 925 ədəd mina və PHS aşkar edilib. Bu il ərzində isə 4 854 ha ərazi təmizlənib, 14 884 ədəd mina və PHS aşkar edilərək zərərsizləşdirilib.
Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən minatəmizləmə əməliyyatları barədə təqdim olunmuş məlumata əsasən, bu ilin sentyabr ayının 1-23-də MN mühəndis bölmələri tərəfindən Ağdam, Cəbrayıl, Füzuli, Xocavənd və Qubadlı rayonları üzrə 1119 ha ərazi təmizlənib, 91 ədəd PHS aşkar edilib. Bildirilib ki, Cəbrayıl, Zəngilan və Füzuli rayonları üzrə çox illik əkin sahələrinin təmizlənməsi başa çatıb, Qubadlı rayonunda isə 71 ha ərazinin təmizlənməsi bitmək üzrədir. Bu sahələrdən 1628.626 ha ərazi təmizlənib, 427 ha ərazi isə təmizlənməli ərazidir. Ümumilikdə 12.014 ha ərazi mina və partlayıcı sursatlardan təmizlənib.
Həmçinin qeyd olunub ki, Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçirilən minatəmizləmə əməliyyatları barədə təqdim olunmuş məlumata əsasən, ümumilikdə 286 ha ərazi təmizlənib, 2 976 ədəd mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.
Azvision.az