Ombudsman Bolqarıstana gedib

  27 Sentyabr 2021    Oxunub :295
Ombudsman Bolqarıstana gedib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Bolqarıstanın Ayrı-seçkiliyə qarşı müdafiə komissiyasının dəvəti əsasında həmin ölkənin paytaxtı Sofiya şəhərinə rəsmi səfərə yola düşüb.
Bu barədə Azvision.az -a Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, səfər iki qurum arasında əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsi məqsədini daşıyır. Səfər çərçivəsində bir sıra rəsmi görüşlərin keçirilməsi, ikitərəfli Memorandumun imzalanması gözlənilir.

Azvision.az

Teqlər: Ombudsman  







Xəbər lenti