Ali Məhkəmənin Plenumu keçirilib

  27 Sentyabr 2021    Oxunub :266
Ali Məhkəmənin Plenumu keçirilib
Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.
Ali Məhkəmənin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, R.Rzayev iclası açaraq bildirib ki, bir il əvvəl sentyabrın 27-də Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun mövqelərini, eləcə də yaşayış məntəqələrimizi intensiv atəşə tutaraq təmas xətti boyunca genişmiqyaslı hərbi əməliyyatlara başlayıblar. Buna cavab olaraq Azərbaycanın Silahlı Qüvvələri BMT Nizamnaməsinin 51-ci maddəsinə tam uyğun surətdə özünümüdafiə hüququna və beynəlxalq humanitar normalara əsaslanaraq, Ermənistanın işğalçı qüvvələrinə qarşı əks-hücum əməliyyatları keçirib. Qırx dörd günlük Vətən müharibəsi zəfərlə başa çatıb. Otuz il işğal altında olan torpaqlarımız Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi, rəşadətli ordumuzun şücaəti sayəsində azad edilib. Bu gün ölkəmizdə Anım Günü keçirilir.

Ali Məhkəmənin sədri Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizə Allahdan rəhmət diləyib, qazilərimizə şəfa arzulayıb. Plenumda Vətən müharibəsi şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad olunub.

Sonra Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2021-ci il 25 may tarixli, 4/2021 saylı qərarında dəyişiklik edilməsi haqqında Plenumun qərar layihəsi müzakirə olunub və müvafiq qərar qəbul edilib. Plenumda, həmçinin konkret işlərə baxılıb.

Azvision.az

Teqlər:







Xəbər lenti