Zəfərə aparan savaşın ilk günü - Nadir Qocabəylinin yazısı

  Zəfərə aparan savaşın ilk günü   - Nadir Qocabəylinin yazısı
  27 Sentyabr 2021    Oxunub:3428
Dünya tarixində çox müharibələr, çox döyüşlər olub. Ancaq onlardan yalnız ən əhəmiyyətliləri, ən ədalətliləri xüsusi ad alaraq insanların yaddaşına əbədi həkk olunub. Eyni zamanda, həmin müharibə və döyüşləri iki kateqoriyaya ayırmaq olar: qəsbkar müharibələr və azadlıq müharibələri. Bu baxımdan Azərbaycan xalqının doğma torpaqlarını azğın erməni işğalından azad etdiyi, murdar haylardan təmizlədiyi “44 günlük müharibə” tarixə haqq-ədalət savaşı olaraq elə bu adla da əbədi həkk olundu.
Düz bir il əvvəl, 2020-ci il sentyabrın 27-də şanli Azərbaycan ordusu işğalçı Ermənistana məxsus quldur dəstələrinin cəbhə xəttinə yaxın kəndlərdə yaşayan dinc əhaliyə qarşı etdiyi növbəti təxribata layiqli cavab verdi. Milli Ordumuz bircə günün içində düşmənə ciddi əks zərbələr endirərək, onu 26 il müddətində möhkəmləndiyi hərbi-strateji mövqelərdən on kilometrlərlə məsafədə geriyə atdı. Ordumuzun qətiyyətli hücumu və şücaəti qarşısında bircə gün belə düruş gətirə bilməyən işğalçılar və Paşinyan rejimi təşviş içində özünü ora-bura vurmağa, ona-buna yalvarmağa, havadar axtarmağa başladı. İllər uzunu arxalandığı dairələrdən və dövlətlərdən real dəstək görməyən düşmən Ermənistan təcili surətdə parlamentin iclasınə çağırıb, “Dağlıq Qarabağın muxtariyyət statusunda Azərbaycana qaytarılmasının mümkün olub-olmaması” məsələsini gündəmə gətirdi, “Azərbaycanla hər cür danışıqlara hazır olduğunu” bəyan etdi.



Dünənəcən Azərbaycana açıq-aşkar meydan oxuyan, Şuşada badə qaldırıb, “axçi və dığalar”la qol-boyun yallı gedən “qətiyyətli və qorxmaz rəhbərə”, onun “Böyük Ermənistan” avantürasından dəmlənib-keflənən əyan-əşrəfinə birdən-birə nə oldu ki, belə miskin hala düşdülər?! Görəsən nə baş verdi belə?! Məgər bu quşbeyin hayların yaddaşı belə qısadır? Öz ayaq izlərini tarixə möhkəm basan, tarix yaradan, cəsur, qəhrəman bir millətə qarşı namərdlik, xainlik edəndə sonda belə olacağını düşünməmişdilər? Bilmirdilər ki, özgəsinə umud olan bir gün şamsız qalar, özgənin atına minən tez düşər?! Görünür, gülməli “Böyük Ermənistan” xəyalplovu yolunda başqalarının qucağında oturub, qazandıqları müvəqqəti və miskin “Pirr qələbələrindən” o dərəcə məst olubmuşlar ki, olan-qalan ağılları uçub getmiş, yaddaşları da dumanlanıbmış.



Düz bir il öncə qəhrəman Azərbaycan əsgərinin çəkmələrinin vahiməli tappıltısı yaxınlaşdıqca ermənilərin yuxusu açıq-aşkar ərşə çəkildi. Paşinyan başda olmaqla Ermənistanın bütün ali rəhbərliyi - prezidentindən tutmuş xarici işlər nazirinə, parlament sədrindən, müdafiə nazirindən tutmuş erməni lobbisinin bütün üzvlərinə qədər bütün haylar ellikcə özlərinin ənənəvi xislətlərinə qayıdıb, “yazıq və fağır obrazlarına” qayıtdılar, büzüşüb, balacalaşıb Amerikanın, Avropa dövlətlərinin, qonşu Rusiya və İranın qapısında məzlumlaşdılar, kütləvi yalvarışa çıxdılar. Azərbaycan Ordusunun doğma torpaqlarımızı işgaldan azad etmək üçün başlatdığı qətiyyətli hücumu dayandırmaq məqsədilə qapılarda qaldılar, hamıya yalvarıb dil tökdülər, kömək, yardım diləndilər.
Amma heç bir faydası olmadı. Döyüş bölgəsində cəmi üç gün ərzində yaşanan hadisələr bir daha sübut etdi ki, "Ermənistan" adlanan qondarma qəsbkar dövlət, ona rəhbərlik edən cinayət aləti rejim zordan başqa heç bir dil anlamır, bu quldur və ağılsız xuntanın qonşuların torpaqlarını ələ keçirmək üzərində qurulmuş xain siyasətinə yalnız güc və silahla cavab verimək mümkündür.



Daim hiyləgər və məkrli yollarla onun-bunun yurd-yuvasına, mal-dövlətinə göz dikən, məqam düşdükcə qonşularına xain tələ quran belə yaramaz dövləti və onu idarə edən cinayətkar rejimi yalnız zirehli maşınların tırtılları altında əzib-tapdalamaqla ədalətli sülhə məcbur etmək mümkündür.
Xain düşmən rəşadətli Azərbaycan Ordusununun zəfər yürüşü qarşısında bircə gün də duruş gətirə bilmədi. 44 günlük müharibənin başlamasından cəmi bir neçə ay əvvəl əzəli Azərbaycan torpağı, milli mədəniyyətimizin beşiyi olan Şuşada eyş-işrət təşkil edərək millətimizə gözdağı verən, qonşularına qarşı yürütdüyü açıq işğalçılıq siyasəti ilə BMT tribunasından “dünyaya meydan oxuyan” Paşinyan quzuya dönərək, imdad dilə(n)məyə başladı. Müzəffər ordumuzun ildırım sürətli zəfər yürüşü özündən müştəbeh küçə və tin siyasətçisini, Soros əlaltısını “ədalətli sülh axtarışına” məcbur etdi. Görünür, bu daşnak qırıqları, imperiya nökərləri ilə yalnız onların bildiyi dildə danışılmalı, ağa əmrinə müntəzir lakeylərə layiq olduqları münasibət sərgilənməliymiş.

Bəli, Azərbaycan xalqı üçün uzun illərdən bəri həsrətində olduğu qisas məqamı yetişmişdi! Durmaq və yarı yolda dayanmaq olmazdı! Durmadıq, dayanmadıq! Ermənistanın cinayətkar rejim nümayəndələrini və onlara məxsus işğalçı quldur dəstələrini həkdən düşənə qədər qovmaq, gözyaşı töküb yalvarıncaya, ədalətli şərtlər çərçivəsində sülhə məcbur olana kimi təqib etmək lazım idi və etdik də. Bu proses indi də siyasi və diplomatik yollarla qətiyyətlə davam etdirilir. Qoy bütün dünyadakı havadarlarını toplayaraq qapımıza minnətə gəlsinlər, yalvarsınlar, üzr istəsinlər! Koçaryan-Sərkisyan-Paşinyan sifətində vaxtaşırı zühur edən cinayətkar, qatil hay rejimləri ilə yalnız belə davranmaq lazımdır, başqa cür mümkün deyil!



Elə bu səbəbdən də bütün Azərbaycan xalqı, Şanlı Ordumuz, rəşadətli və cəsur əsgərlərimiz Prezident və Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin ətrafında sıx birləşdi, onun qətiyyətinə və dönməz iradəsinə arxalanaraq, düşmən üzərinə gözünü qırpmadan getdi. Düz bir il qabaq – sentyabrın 27-də başlatdığı azadlıq müharibəsini 44 gün ərzində möhtəşəm zəfərlə başa vurdu.

Şanlı ordumuzun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında göstərdiyi şücaət, qazandığı qələbə qəlbimizi riqqətə gətirdi, qələbə həsrəti ilə alışıb-yanan ürəklərimizə su səpdi. Bizi “məğlub xalq” rüsvayçılığından və kompleksindən qurtardı. Vətənimizin azadlığı yolunda canından keçən qəhrəman şəhidlərimiz millətimizin başını tarix qarşısında uca etdilər. Milli Ordumuza, qəhrəman əsgər və zabitlərimizə eşq olsun! Qələbələrimiz davamlı, torpağımız azad, Vətənimiz əbədi olsun! Qəhrəman şəhidlərimizin yeri hər zaman cənnətdə və könüllərimizdə olacaq!
Yaşasın Azərbaycan!

Nadir Qocabəyli

Azvision.az


Teqlər: Zəfər-savaşı   Qocabəyli   Köşə  





Xəbər lenti